DÜNYA


“Mercedes-Benz” 141 ədəd AMG S65L və AMG S63L avtomobilini geri çağırır

Pekin, 26 noyabr, AZƏRTAC

Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” Çin bazarında satdığı 141 ədəd AMG S65L və AMG S63L 4MATIC+ modellərini çoxfunksiyalı kameralarının proqram təminatındakı qüsurlara görə geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2017-ci ilin iyunundan 2018-ci ilin fevralınadək müddətdə istehsal olunan nəqliyyat vasitələridir.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin qüsurlar avtomobillər saatda 105 kilometrdən yuxarı sürətlə hərəkət edərkən toqquşmadan mühafizə sistemini zəiflədə, bununla da təhlükə risklərini artıra bilər.

“Mercedes-Benz” şirkəti qüsurları öz hesabına aradan qaldıracaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.