İDMAN


“Mercedes” Esteban Okonu bolidlə bağlı işlərdən uzaqlaşdırmağı planlaşdırır

Bakı, 12 sentyabr, AZƏRTAC

“Mercedes”in rəhbəri Toto Volf Esteban Okonu komanda ilə işlərdən tədricən uzaqlaşdırmağı planlaşdırır. Xatırladaq ki, gələn mövsümdən Okon ikiillik müqavilə bağladığı “Renault” komandasına keçir.

AZƏRTAC xəbər verir ki, “GPBlog” Toto Volfun bu sözlərini sitat gətirir: “Biz ötən həftə Estebanla onun “Mercedes”dəki vəzifəsində nə vaxtadək qalacağını müzakirə etdik. Mən ona dedim ki, o, komandada nə qədər çox qalsa, özü ilə bir o qədər çox məlumat aparacaq. O, bununla razılaşdı. O, simulyatorda işləyir. Bu, bolidin inkişafında mühüm rol oynayır. Lakin Esteban gələcəyə, gələn ilin bolidinə və digər vəziyyətlərə aid olan görüşlərdə getdikcə daha az iştirak edəcək”.

2019-cu il mövsümünü Okon “Mercedes”in ehtiyat pilotu statusunda keçirir. Bu, ötən mövsümün sonunda onun “Force India”/”Racing Point” komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.