İDMAN


“Mercedes” Mik Şumaxerə kontrakt təklif etməyib

Bakı, 3 yanvar, AZƏRTAC

Formula 1 üzrə “Mercedes” komandası alman pilot Mik Şumaxerə gənc yürüşçülərin inkişafı proqramında iştirak etməyi təklif etməyib.

AZƏRTAC “Bild dam Sonntag” qəzetinə istinadla xəbər verir ki, yayılan şayiələrə görə, “Mercedes” və “Ferrari” komandaları Miki öz sıralarına cəlb etmək üçün rəqabət aparırlar. “Kral yürüşləri”nin yeddiqat çempionu Mixael Şumaxerin oğlu ötən il Avropada Formula 3 yarışlarının qalibi olub, bu ildən isə Formula 2-də çıxış edəcək.

“Mercedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf deyib: “Mik Formula 3 yarışlarını “Mercedes” motoru ilə udub, lakin indi biz ona özünü inkişaf etdirmək imkanı verməliyik. Hazırda bizim gənclər proqramında yerlərin sayı məhduddur. Mənim üçün prioritet olan 2020-ci ildə Esteban Okon üçün yer tapmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.