İDMAN


“Mercedes” Valtteri Bottası digər pilotla əvəzləyə bilər

Bakı, 4 may, AZƏRTAC

“Mercedes” Valtteri Bottasa olan inamını itirdiyi üçün onu mövsümün sonunadək digər pilotla əvəzləyə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, əsas namizədlər arasında ötən mövsüm Formula 1 Bəhreyn Qran-Prisində koronavirus səbəbindən yarışda iştirak etməyən Luis Hamiltonu əvəzləyən Corc Rasselin adı çəkilir.

İddialara görə, Portuqaliyadakı Qran-Pridə Bottasın üçüncü nəticə göstərməsi komanda rəhbərliyini narazı salıb.

Valtteri Bottas “Mercedes”də beşinci mövsümünü keçirir və bu müddət ərzində doqquz yarışda qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.