İDMAN


“Mercedes” növbəti F1 mövsümündə iştirak üçün rekord məbləğdə vəsait ödəyəcək

Bakı, 6 dekabr, AZƏRTAC 

“Mercedes” komandasının rəhbərliyi 2020-ci il mövsümündə Formula 1 çempionatında iştirak üçün rekord məbləğdə vəsait ödəməli olacaq.

AZƏRTAC “Motorsport” portalına istinadla xəbər verir ki, başa çatan mövsümdə alman komandası Konstruktorlar Kubokunda 21 mərhələ üzrə 739 xal toplayıb. Bu, mütləq rekord deyil, amma çempionatda balların bahalaşması nəzərə alındıqda, ödəniləcək məbləğ də tarixdə ən böyük olacaq. Hər xal çempion komandaya 6677 dollara başa gəlir.

Son nəticədə “Mercedes” komandası 6,5 milyon dollar məbləğində vəsait ödəməli olacaq. Üzvlük haqqı qismində ödəniləcək məbləğə görə ikinci yerdə “Ferrari” (3,3 milyon dollar), üçüncü yerdə isə “Red Bull” (2,8 milyon dollar) gəlir.

Növbəti mövsümdə ən az məbləğ ödəyəcək komanda “Williams”dır. Onun çempionata keçirəcəyi vəsaitin miqdarı 560 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.