İDMAN


“Mercedes”in pilotu Valtteri Bottas “F1 Joburg Festival”ında iştirak edəcək

Bakı, 22 fevral, AZƏRTAC

Martın 29-da Cənubi Afrika Respublikasında cari ildə birinci Formula 1 festivalı keçiriləcək. “F1 Joburg Festival” Yohannesburq şəhərində üç komanda – “Mercedes”, “Red Bull Racing” və “Renault”ın iştirakı ilə təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbirdə çempion komanda “Mercedes”i Valtteri Bottas, “Red Bull Racing”i Devid Kulthard təmsil edəcək. Festivalda Codi Şekterin də iştirakı təsdiqlənib. 1979-cu ilin dünya çempionu qalib gəldiyi “Ferrari” bolidi ilə Yohannesburq küçələrində sükan arxasına keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.