İDMAN


“Mercedes”in pilotu Valtteri Bottas Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi olub

Vyana, 6 iyul, AZƏRTAC

İyulun 5-də Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, gərgin keçən mübarizədə ”Mercedes”in pilotu Valtteri Bottas qalib gəlib. Finlandiyalı pilot bir neçə qəza və komanda yoldaşı Luis Hemiltonun vaxt cərimələrində yararlanaraq, karyerasındakı səkkizinci qələbəyə imza atıb. “Mercedes“in digər pilotu Luis Hemilton günün sonunda dördüncü yerlə kifayətlənməli olub.

Ötən il “Red Bull Ring“dən qələbə ilə ayrılan hollandiyalı pilot texniki nasazlıq səbəbindən yarışı sona qədər davam etdirə bilməyib. Qəza və texniki nasazlıqların çoxluğu nəticəsində yarışa qatılan 20 pilotdan cəmi on biri finiş xəttinə çata bilib.

Qeyd edək ki, iyulun 12-də Formula 1 üzrə dünya çempionatının növbəti dövrəsi də eyni məkanda – Şpilberqdəki “Red Bull Ring“ trasında təşkil ediləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.