İDMAN


“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Formula 1 üzrə dünya çempionatının 17-ci mərhələsinin - Yaponiya Qran-Prisinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas finiş xəttinə birinci çatıb.

Bu mərhələdə ikinci yeri “Ferrari”nin alman pilotu Sebastyan Fettel, üçüncü yeri isə “Mercedes”in üzvü Luis Hemilton tutublar.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti – 18-ci mərhələsi oktyabrın 25-27-də Meksikada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.