CƏMİYYƏT


Mərdəkan qəsəbə sakininin həyətyanı sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Polis əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi sakini D.Əkbərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş doqquz ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.