CƏMİYYƏT


Mərdəkan qəsəbəsində evdən altı kiloqramdan çox marixuana aşkar edilərək götürülüb

Bakı, 21 oktyabr, AZƏRTAC

Mərdəkan qəsəbə sakinini evindən altı kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitə ilə tutulmuş N.Əhmədovun ətrafında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmış qrupun digər üzvü R.Şexov da müəyyən edilərək saxlanılıb. Polis əməkdaşlarının onun Mərdəkan qəsəbəsindəki evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan altı kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Hadisə İlə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.