CƏMİYYƏT
Mərdəkan sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın əvvəllərindən Xəzər Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ayrı-ayrı qəsəbə sakinlərinin ödənişsiz tibbi müayinə tədbirinə başlanılıb. Ötən müddət ərzində həmin tədbir Binə və Buzovna qəsəbəsinin sakinləri üçün keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Mərdəkan qəsəbəsinin sakinləri üçün aparılıb. Bələdiyyə binasında keçirilən sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyasında 255 vətəndaş müayinə olunub.
Növbəti tədbir Qala qəsəbəsində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]