CƏMİYYƏT


Mərdəkanda çimərliyə yaxın ərazi məişət tullantılarından təmizlənib

Bakı, 6 iyul, AZƏRTAC

Xəzər rayonu Mərdəkan qəsəbəsində çimərliyə yaxın sahəyə məişət tullantılarının atılması barədə sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazi Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər Rayon MKTB-yə məcburi göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.