MƏDƏNİYYƏT


Mərhum jurnalist-rəssam Taleh Cavanşiroğlunun rəsmlərindən ibarət sərgi təşkil olunub

Bakı, 11 iyul, AZƏRTAC

Xətai Sənət Mərkəzində mərhum jurnalist-rəssam Taleh Cavanşiroğlunun rəsmlərindən ibarət bukletin və "Hardasan?" adlı kitabın təqdimatına həsr olunan tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəssamlar, iş və sənət adamları, şairlər, həkimlər, alimlər və yazıçılar iştirak ediblər.

Çıxış edən qonaqlar mərhum rəssamın əsərlərindən və onunla bağlı xatirələrindən bəhs edib, əl işlərini yüksək qiymətləndiriblər.

Mərhum Taleh Cavanşiroğlunun anası həkim, jurnalist, şairə “Qafqaz–Media” İctimai Birliyinin sədri Azadə Taleh gələn qonaqlara öz dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Taleh Cavanşiroğlu 1988-ci ildə Bakıda anadan olub. Gəncə türk-özəl liseyində təhsil alan mərhum rəssam, həmçinin Gəncə rəssamlıq məktəbinin, Ankara Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunu olub. Onun ilk fərdi sərgisi 11 yaşında Azərbaycanda, Gürcüstanda və Almaniyada keçirilib. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında başa vurub. Mərhum ailəli idi, 4 yaşlı qızı var.

Taleh Cavanşiroğlu 2020-ci il iyulun 19-da, 31 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.