MƏDƏNİYYƏT
“Meri Mak Brayd” musiqi qrupunun növbəti konserti Bakıda
AZƏRTAC xəbər verir ki, konsert ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşıb. Qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin “Mədəniyyət elçiləri” proqramı çərçivəsində həyata keçirilir. Bu proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır.
Ölkəmizdə ikinci dəfədir çıxış edən “Meri Mak Brayd” musiqi qrupu konsertdə ən çox sevilən mahnılarını ifa edib. Onların ifaları maraqla qarşılanıb.
Bu günə kimi Xaçmaz, Qusar və Qubada konsert proqramı ilə çıxış edən “Meri Mak Brayd” qrupu sentyabrın 25-dək Azərbaycan Dillər Universitetində, Salyan, Lənkəran və Naxçıvanda da konsert verəcək.
Qeyd edək ki, qrupun bütün konsertləri ictimaiyyət üçün açıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]