MƏDƏNİYYƏT


Meril Strip qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Amerika aktrisası Meril Strip Luiza Mey Olkottun “Balaca qadınlar” romanının ekranlaşdırılması barədə fikirlərini söyləyib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “USA Today” yayıb.

Aktrisa öz fikirlərini Toronto kinofestivalında bölüşərək deyib: “Ssenarisi qadının ərsəyə gətirdiyi roman əsasında qadın tərəfindən yazılmış bu film qadın nöqteyi-nəzəri ilə qadın tərəfindən qadınlar haqqında çəkilən həqiqətən ilk möhtəşəm epik filmdir. Filmdəki kişilər də əladırlar”. Aktrisa əlavə edib ki, film tamaşaçılara tamamilə fərqli süjet təqdim edəcək.

Filmin rejissoru “Ledi Berd” filmini ekranlaşdırmış Qreta Gervinqdir. Filmdə Sirşa Ronan, Emma Uotson, Elayza Skenlen, habelə Timoti Şalame və Meril Strip çəkiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.