DÜNYA


Merkel Avropa İttifaqının sammitinə yola düşür

Berlin, 19 oktyabr, AZƏRTAC

Bu gün AFR kansleri Angela Merkel Avropa İttifaqının növbəti sammitinə yola düşür.

AZƏRTAC xəbər verir ki, sammit cümə günü də davam edəcək. Almaniyada yeni hökumət hələ formalaşmayıb və onun nə vaxt formalaşacağı hələ məlum deyil. Bu ərəfədə Merkel yeni hökumət koalisiyasında ehtimal edilən tərəfdaşları ilə yoxlama xarakterli ilkin danışıqlar aparıb.

Kansler əvvəlcə Azad Demokratik Partiyadan (ADP) olan liberallarla, daha sonra “İttifaq-90”/“yaşıllar” Partiyasının nümayəndələri ilə görüşüb.

Kansler Brüsselə yola düşdüyü üçün liberallar və “yaşıllar” yoxlama danışıqlarını Merkelsiz davam etdirməli olacaqlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.