DÜNYA
Merkel BMT-ni müdafiə edir
Berlin, 2 oktyabr, AZƏRTAC
AFR kansleri Angela Merkel BMT-nin qorunub saxlanmasının və daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, Merkel bu fikrini Donald Trampın bu təşkilat barəsində tənqidi çıxışına cavab olaraq açıqlayıb.
“Əlbəttə, BMT idealdan uzaqdır, əlbəttə, biz artıq neçə illərdir ki, Təhlükəsizlik Şurasında islahat aparılmasını istəyirik. Amma bir şeyin yenisini yaratmadan əvvəlkini dağıtmaq yanğın təhlükəlidir”, — deyən kansler daha sonra əlavə edib: “Belə vəziyyət dünya nizamını bizim təsəvvür etdiyimizdən daha sürətlə dağıda bilərdi”.
Merkel bu fikrini ABŞ prezidentinin keçən həftə BMT-dəki çıxışı kontekstində söyləyib. Tramp deyib ki, ABŞ-ın milli maraqları dünya nizamından daha vacibdir. O vurğulayıb: “Biz qloballaşma ideologiyasını rədd edirik və vətənpərvərlik doktrinasına üstünlük veririk”.
Ekspertlər ABŞ prezidentinin BMT-yə etinasız münasibətini qeyd edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]