DÜNYA


Merkel COVID-19-a qarşı mübarizə üçün əlavə vəsait ayrılacağını vəd edib

Berlin, 20 fevral, AZƏRTAC

Dünya miqyasında koronavirusa qarşı standart və sürətli peyvəndləmə postsənaye ölkələrinin ən birinci vəzifəsidir. Buraya, ilk növbədə, “Böyük yeddilik” ölkələri və “G7”yə daxil olmayan digər Aİ dövlətləri aiddir.

AZƏRTAC xəbər verir ki, Almaniyanın federal kansleri Angela Merkel bu barədə onlayn rejimdə keçirilmiş Münhen Təhlükəsizlik Konfransında emosional çıxışında bəyan edib.

Merkel deyib: “Virusa qlobal miqyasda qalib gəlməsək, heç birimiz təhlükədən xilas olmayacağıq”.

Bildirilir ki, “G7” ölkələri COVID-19-a qarşı mübarizə üçün təqribən 7,5 milyard avro vəsait ayırmağa hazırdırlar.

Həmin sxemdə Almaniyanın payı 1,5 milyard avro təşkil edir. Bundan əlavə, Merkel “COVAX” beynəlxalq peyvəndləmə proqramını dəstəkləyəcəyini vəd edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.