DÜNYA


Merkel almanlara pandemiya dövründə təmkinli olmalarına görə minnətdarlığını bildirib

Berlin, 3 may, AZƏRTAC

Almaniyanın federal kansleri Angela Merkel həmvətənlərinə koronavirus pandemiyasının çətin dövründə təmkinli olmalarına görə minnətdarlığını bildirib.

AZƏRTAC xəbər verir ki, o, millətə təşəkkürünü özünün videomüraciətində bildirib. Kansler hər şeyin bir il bundan əvvəl başladığını xatırladıb. O deyib: “Supermarketlərdə və yük maşınının sükanı arxasında olan əməkdaşlar ərzaq məhsullarının tədarükünü təmin edib, tibb işçiləri həyatlarını risk altına ataraq xəstələrə qulluq edib, könüllülər isə, xüsusən də gənclərdən ibarət könüllülər bu bəlanın öhdəsindən gəlməkdə ölkəyə kömək ediblər. Onlarsız ölkədə həyat tərzini dəstəkləmək mümkün olmazdı”.

Ev ofisində işləməyə gəlincə, hökumət başçısı bildirib ki, o, yemək masasının aylar ərzində eyni vaxtda həm yazı masası, həm də uşaqların ev tapşırıqlarını yerinə yetirmək üçün guşə rolunu oynamasının nə dərəcədə usandırıcı olduğunu dərk edib. “Lakin bizim millət bunun öhdəsindən gəlməyi bacardı”, - deyə Merkel vurğulayıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.