DÜNYA


Merkel bir daha cəmiyyətin diqqətini iqlim dəyişikliyi problemlərinə yönəldib

Berlin, 10 iyun, AZƏRTAC

Almaniyanın Federal kansleri Angela Merkel ölkə hökuməti yanındakı “Davamlı İnkişaf Şurası” adlı məsləhət orqanının 20-ci İllik Konfransında çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, öz çıxışında siyasətçiləri yığılmış mövcud problemləri, xüsusən də qlobal istiləşmə problemini, almanların gələcək nəsillərinə saxlamamağa çağırıb. “Gələcək nəsillər iqlim dəyişikliyi problemləri ilə tək qalmamalıdırlar. İndiyə qədər etdiklərimiz heç də kifayət deyil. Çünki bu, onların yox, bizim məsuliyyət yükümüzdür”, - deyə Merkel qeyd edib.

O, beynəlxalq birliyin 2030-cu ilədək davamlı inkişafa nail ola bilməyəcəyindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, “dünyanın məhz gənc və gələcək nəsillərdən asılı olması, bizi həqiqətən də narahat etməlidir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.