REGİONLAR


Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup media nümayəndələri ilə görüş keçirilib

Yevlax, 20 avqust, AZƏRTAC

Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgənin əhatə etdiyi media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və 17 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elçin Kərimov Təhsil İdarəsinin fəaliyyəti, yarandığı gündən indiyədək görülmüş işlər barədə məlumat verib və qarşıda duran hədəfləri diqqətə çatdırıb. İdarə müdiri görüşdə regionun təhsilinin uğurla inkişaf etdirilməsi, kadr islahatlarının aparılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələləri vurğulayıb.

Daha sonra media nümayəndələrinin təhsillə bağlı sualları cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.