DÜNYA


Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısı keçiriləcək

Aşqabad, 29 iyul, AZƏRTAC

Türkmənistanın milli turizm zonası sayılan “Avaza” da avqustun 6-da Mərkəzi Asiya ölkə rəhbərlərinin məşvərət toplantısı keçiriləcək.

AZƏRTAC yerli KİV-ə istinadən xəbər verir ki, toplantı çərçivəsində bir sıra iri regional tədbirlərin, iqtisadi forum, region ölkələrinin qadın liderlərinin ilk dialoqu, Mərkəzi Asiya ölkələrinin beynəlxalq məhsul sərgisi və ənənəvi yeməklər sərgisi, həmçinin Mərkəzi Asiya ölkələrinin mədəniyyət və incəsənət ustalarının bayram konsertinin keçirilməsi nəzədə tutulub.

Həmçinin toplantıda bir sıra ikitərəfli görüşlərin keçiriləcəyi və bundan sonra ortaq sənədlərin imzalanacağı gözlənilir.

Beynəlxalq tədbirlərə hazırlıq üçün xarici işlər naziri Rəşid Meredovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.