DÜNYA


Mərkəzi Asiyada ən iri məscid Qazaxıstanda tikiləcək

Astana, 18 mart, AZƏRTAC

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev martın 18-də Astanada Mərkəzi Asiyanın ən iri məscidinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Prezident məscidin sponsorlar hesabına tikiləcəyini və eyni vaxtda 30 min ziyarətçini qəbul edəcəyini bildirib.

“Biz araşdırdıq, mövcud və əvvəllər inşa edilmiş bütün məscidlərə baxdıq, ən yaxşı layihələri seçdik. Mən özüm layihənin icrasını əvvəldən axıradək izləyəcəyəm. Bu, yalnız dini obyekt deyil, həmçinin Astanada turizm məkanlarından biri olacaq. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində olarkən Şeyx Zayedin məscidini gördüm. Üç-dörd il əvvəl açılmasına baxmayaraq, onu hər il altı milyon turist ziyarət edir”, - deyə N.Nazarbayev qeyd edib.

Ümumi sahəsi 57 min kvadratmetr, minarələrinin hündürlüyü isə 130 metr təşkil edəcək məscidin ərazisində 3500 avtomobil üçün açıq və qapalı dayanacaq olacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.