MƏDƏNİYYƏT
Mərkəzi Asiyanın tanınmış musiqişünasları Fikrət Əmirov adına incəsənət məktəbində olublar
Bakı, 31 oktyabr, AZƏRTAC
V.Uspenski adına Özbəkistan Akademik məktəb-liseyinin direktoru, Özbəkistanın Əməkdar İncəsənət Xadimi Dildora Camalova və Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Umitcan Cumakova Bakıda Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində olublar.
Məktəbdən AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə ilə görüşən qonaqlar məktəbin musiqi alətləri, təsviri incəsənət və xoreoqrafiya şöbələri ilə tanış olmaqla yanaşı, həm də dərs prosesində iştirak ediblər.
Sonda qonaqlara məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.
Görüşün əsas məqsədi türkdilli xalqlar arasında uşaq incəsənət məktəblərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, gələcəkdə “Uşaqlar üçün” devizi altında müştərək tədbirlər, müsabiqə və festivalların keçirilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]