İQTİSADİYYAT


Mərkəzi Bank “Formula-1” yarışları ilə əlaqədar iş qrafikini dəyişib

Bakı, 10 iyun, AZƏRTAC

Bakı şəhərində “Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb. Bu, qeyri-iş günləri də daxil olmaqla, banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi məqsədi daşıyır.

AMB-dən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə Bakı şəhərinin otellərində xüsusi broşürlər yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.