İQTİSADİYYAT


Mərkəzi Bank Hökumət Ödəniş Portalının yeni loqotipinin dizaynı üçün açıq müsabiqə keçirir

Bakı, 22 avqust (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankı Hökumət Ödəniş Portalının yeni loqotipinin dizaynı üçün açıq müsabiqə elan edir.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, sosial əhəmiyyətli dövlət resursuna çevrilmiş portalın media rekvizitlərinin uyğunlaşdırılması üçün loqotipinin əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Vergi, rüsum və digər büdcə ödənişlərinin bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalına ölkədə fəaliyyət göstərən kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.

Portalın yeni loqotipinin dizaynının yaradılması üçün Mərkəzi Bank tərəfindən elan edilən beynəlxalq müsabiqə sentyabrın 30-dək davam edəcək və qalibə 3000 manat məbləğində pul mükafatı veriləcək.

Müsabiqənin şərtləri ilə bankın internet səhifəsində ([email protected]) tanış olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.