İQTİSADİYYAT


Mərkəzi Bank “İnvestisiya səyahəti” layihəsinə başlayır

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti addım kimi maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə oktyabrın 20-də Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verilir. Layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən biznesə yeni başlayan subyektlərin kapital bazarı vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərinin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır. Eyni zamanda, layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində ilk tədbir oktyabrın 20-də Xaçmaz rayonunda yerləşən KOB İnkişaf Mərkəzində keçiriləcək. Tədbirdə Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyələşmə və Bakı Fond Birjasında listinq mövzularında təqdimatların edilməsi, o cümlədən biznes subyektləri üçün ödənişsiz investisiya məsləhətlərinin verilməsi və onların BFB tərəfindən həyata keçirilən “Listinq Məsləhət Proqramı”na dəvət edilməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilərək onların maliyyələşmə imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.