İQTİSADİYYAT


Mərkəzi Bank “Milli Net” müsabiqəsinin qalibi olub

Bakı, 23 dekabr, AZƏRTAC 

Mərkəzi Bankın internet səhifəsi Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net” müsabiqəsinin “Elektron hökumət” nominasiyası üzrə qalibi elan olunub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə sosial, iqtisadi, mədəni, elmi, hüquqi və digər sahələrdə 14 nominasiya üzrə 322 internet səhifə iştirak edib. Müsabiqəyə təqdim edilən internet səhifələrin qiymətləndirilməsi onların dizaynı, məzmunu, yenilənmə tezliyi, auditoriyası, funksionallığı, yüklənmə müddəti, strukturu, informasiyanın etibarlılığı, aktuallığı, dəqiqliyi və dolğunluğu kimi meyarlara əsasən aparılıb.

Milli İnternet Mükafatı - Milli Net Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına, ən yaxşı milli internet resursların geniş istifadəçi auditoriyasında təbliğinə, informasiya texnologiyalarının tanınmasına və Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə dəstək verən peşəkar mükafatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.