İQTİSADİYYAT


Mərkəzi Bank: Ötən il əmtəə ixracı 88,4 faiz artıb

Mərkəzi Bank: Ötən il əmtəə ixracı 88,4 faiz artıb

Bakı, 30 mart, AZƏRTAC

Ötən il əmtəə ixracı 88,4 faiz artaraq 40,9 milyard dollar təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 98,1 faiz artaraq 37,9 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (37,9 milyard dollar) 20,8 milyard dolları xam neftin, 16,4 milyard dolları təbii qazın, 0,7 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci il üzrə qeyri-neft-qaz ixracı 15,4 faiz artaraq 2,9 milyard dollar olub.

2022-ci il üzrə əmtəə idxalı 29,7 faiz artaraq 13,5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 5,7 milyard dollar olub, bunun da 2,1 milyard dollar ərzaq məhsullarının payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə idxal 24,7 faiz artaraq 11 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda metalların (52,8 faiz), kərə yağının (38,6 faiz), dənli bitkilərin (32,9 faiz), bitki yağlarının (32,9 faiz), mebel məhsullarının (32,1 faiz), əczaçılıq məhsullarının (23,5 faiz), ağac məmulatlarının (18,6 faiz), şəkərin (16,2 faiz), ətir və kosmetik vasitələrinin (13,6 faiz), daş və şüşə məmulatlarının (11,9 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (8,4 faiz), sabun və yuyucu vasitələrinin (8,3 faiz), minik avtomobillərinin (8,2 faiz) və tütün məhsullarının (6,8 faiz) idxalı artıb. Bu dövrdə qazanlar, avadanlıq və mexaniki qurğuların (24 faiz), gəmilər, qayıqlar və üzən konstruksiyaların (17.9 faiz), hesablama maşınlarının (15,3 faiz) və tərəvəz məhsullarının (1 faiz) idxalı isə azalıb.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4,4 faiz təşkil edərək, 0,6 milyard dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.