İQTİSADİYYAT


Mərkəzi Bank “Pul nişanlarının ekspertizasının təşkili” mövzusunda nəzəri-praktiki seminar keçirmişdir

Bakı, 23 may (AZƏRTAC). Mayın 23-də “Bank of Baku” ASC-nin tədris mərkəzində Mərkəzi Bankın mütəxəssisləri tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində bankın nağd pul sahəsində çalışan və təcrübə keçən əməkdaşları üçün “Pul nişanlarının ekspertizasının təşkili” mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirmişlər ki, seminar iştirakçılarına pul nişanlarının mühafizəsi fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması ilə bağlı təqdimat nümayiş etdirilmiş, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və s. barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, bank xidmətlərinin avtomatizasiyası, nağdsız ödənişlərin intensivləşdirilməsi və stimullaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir çox banklar tərəfindən ödəniş terminalları və “Cash-in” funksiyalı ATM-lər quraşdırılmışdır.

Lakin müəyyən hallarda qeyd olunan texnoloji sistemlərin tətbiqi zamanı saxta əsginasların müəyyənləşdirilməsi risklərini minimallaşdırmaq məqsədi ilə Mərkəzi Bankın müvafiq qurumları ilə lazımı müzakirələrin aparılmasının zəruriliyi vurğulanmışdır.

Qeyd edək ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir, həmçinin bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.