İQTİSADİYYAT


Mərkəzi Bank SECO ilə əməkdaşlığın inkişafı barədə müzakirələr aparıb

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycan Respublikasının da üzv olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Bad Ragatz şəhərində işgüzar səfərdədir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində sədr Taleh Kazımov İsveçrə Konfederasiyasının Federal müşaviri Guy Parmelin ilə görüşüb. Görüş zamanı Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq əlaqələri, İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və SECO arasında əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.