İQTİSADİYYAT


Mərkəzi Bank: Yarım ildə xarici ticarət balansında 2,3 milyard dollarlıq profisit yaranıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Cari ilin birinci yarısı üzrə xarici ticarət dövriyyəsi 11,9 milyard dollar təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə neft-qaz sektoru üzrə 5,4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 3,1 milyard dollarlıq kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 2,3 milyard dollarlıq (53,2 faiz azalma) profisit yaranıb.

Bu müddətdə Azərbaycanın dünyanın 167 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 16 faizi MDB üzvü olan dövlətlərin, 84 faizi isə digər xarici dövlətlərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.