İQTİSADİYYAT


Mərkəzi Bank bu il 49 depozit hərracı keçirib

Bakı, 20 noyabr, AZƏRTAC

Cari ilin 3 rübündə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 49 depozit hərracı keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, sentyabr ayının sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 250 milyon manat təşkil edib. Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi Bank 2020-ci ilin 9 ayında 33 not hərracı keçirib. Bu hərracların 7-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 26-da isə 28 günlük notlar yerləşdirilib. Ümumilikdə, rübün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 709 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.