İQTİSADİYYAT
Mərkəzi Bank depozit hərraclarında 555 milyon manat cəlb edib
Bakı, 12 noyabr, AZƏRTAC
2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlayıb.
AZƏRTAC Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti İcmalına istinadla xəbər verir ki, hesabat dövründə 13 hərrac keçirilib və nəticədə cəlb edilmiş depozitlərin həcmi 555 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 8.95 faiz təşkil edib. Sentyabr ayının sonuna depozit hərracları vasitəsilə cəlb edilən vəsaitin qalığı 109 milyon manat olub.
Depozit əməliyyatları pul bazarının inkişafı və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlib.