İQTİSADİYYAT


Mərkəzi Bank əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib

Bakı, 21 avqust (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib.

Qalibin seçilməsi zamanı maliyyə, xidmətlər paketi üzrə sığorta şərtləri, eləcə də korporativ müştərilərə analoji xidmətlərin göstərilməsi təcrübəsi qiymətləndiriləcək.

Bankdan AZƏRTAC-a bildirilib ki, tender iştirakçıları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışını, 2013-cü il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını, Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) surətini və digər sənədləri təqdim etməlidirlər.

Tender təklifləri sentyabrın 26-dək qəbul ediləcək. Təkliflər zərfi oktyabrın 9-da açılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.