Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini azaldıb YENİLƏNİB VİDEO

Mərkəzi Bank uçot dərəcəsini azaldıb YENİLƏNİB VİDEO

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

Bakı, 25 oktyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 25-də keçirdiyi mətbuat konfransında idarə heyətinin qərarını şərh edib.

O bildirib ki, faktiki inflyasiya gözlənilən trayektoriya üzrə dəyişir. Ümumi illik inflyasiya və onun əsas qruplar üzrə komponentləri hədəf diapazonu daxilində formalaşır. Dəqiqləşdirilmiş proqnozlar göstərir ki, cari ilin sonuna inflyasiya hədəf diapazonunun (4±2 faiz) mərkəzinə yaxın səviyyədə formalaşacaq.

Cari ilin sonunadək inflyasiya riskləri balanslaşmış kimi qiymətləndirilir və qısamüddətli horizontda məcmu daxili tələbin genişlənməsi, orta və uzunmüddətli perspektiv üzrə isə başlıca olaraq xarici amillərlə bağlıdır. Faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya üzrə elan edilmiş hədəf parametrlərinə nail olmağa yönəldilməklə daxili risklərin inflyasiyaya təsirindən və xarici sektorda gedən proseslərdən asılı olaraq qəbul ediləcək.

İnflyasiyanın dinamikası

E.Rüstəmov qeyd edib ki, idarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qiymətlərin ümumi səviyyəsinin illik artım tempində əhəmiyyətli dəyişiklik olmayıb. Rəsmi statistikaya əsasən, sentyabrda illik inflyasiya 2,5 faiz təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

İstehlakın genişlənməsi şəraitində illik 5,1 faiz səviyyəsində yüksələn ərzaq qiymətləri ümumi inflyasiyaya əhəmiyyətli təsir payını qoruyur. Xarici tələbin yüksəlməsi fonunda bəzi kənd təsərrüfatı məhsullarının daxili bazarda təklifinin dəyişimi və dünya bazarında ərzaq qiymətlərinin bahalaşması da ərzaq qiymətlərinin dinamikasına artırıcı təsir göstərir. Dünya ərzaq qiymətləri son 1 il ərzində 3,3 faiz, o cümlədən, ət məhsulları üzrə 10,8 faiz, şəkər üzrə 4,1 faiz yüksəlib.

İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə bahalaşma templəri isə (müvafiq olaraq 1,2 faiz və 0,1 faiz) hədəf diapazonunun mərkəzindən əhəmiyyətli aşağıda qalır. İnzibati qiymətlərin sabitliyi qeyri-ərzaq və xidmət inflyasiyasının aşağı tempini şərtləndirən əsas amillərdəndir.

Məcmu tələbin dəyişiminin pozitiv dinamikası və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində adekvat monetar siyasət, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik inflyasiya proseslərinə stabilləşdirici təsir edir.

İnflyasiya gözləntiləri stabil olaraq qalır. Real sektorun monitorinqinin nəticələrinə əsasən sentyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri ticarət və xidmət sektorlarında azalma, qeyri-neft emal sənayesində artım meylinə malik olub, tikintidə isə dəyişməyib.

Bu ilin sentyabrında 4250 ev təsərrüfatı arasında aparılmış sorğular əsasında müəyyən edilib ki, respondentlərin yalnız 2,4 faizi növbəti 12 ayda inflyasiyanın yüksələcəyini düşünür. Rəy verənlərin 41,2 faizi qiymətlərin eyni səviyyədə artacağını, 37,2 faizi qiymətlərin daha az templə artacağını, 17,1 faizi qiymətlərin təxminən eyni qalacağını, 2,1 faizi isə qiymətlərin azalacağını gözləyir.

Yenilənmiş makroiqtisadi proqnozlara görə, cari ilin sonuna inflyasiya hədəf intervalının (4±2 faiz) mərkəzinə yaxın səviyyədə formalaşacaq. Proqnozlara əsasən, 2020-ci ildə inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayacaq.

Monetar şərait

Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, monetar şərait neytrala yaxınlaşmaqla inflyasiya hədəfi və məcmu buraxılış kəsiri arasında optimal balansın qorunmasını dəstəkləyir. 2018-ci ilin əvvəlindən başlayaraq monetar şəraitin kəmiyyət və dəyər yumşalmasına baxmayaraq artımyönümlü maliyyə vasitəçiliyinin zəif olması və iqtisadiyyatda mövcud struktur problemlərinə görə məcmu buraxılış kəsiri pozitiv zonada tam möhkəmlənməyib.

İlin əvvəlindən manatla pul bazası 8,3 faiz artıb, ilin sonuna pul təklifinin dinamikasını müəyyən edən başlıca amil vahid xəzinə hesabı qalığının dəyişimi olacaq.

AMB iqtisadiyyatın pula tələbini nəzərə almaqla sterilizasiya əməliyyatlarının qalığını ilin əvvəlindən 44 faiz azaldıb. Sentyabrdan başlayaraq 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi ilə Mərkəzi Bankın sterilizasiya alətlərinin müddət üzrə şaxələndirilməsi ölkədə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması və banklararası pul bazarının aktivləşməsini dəstəkləmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Real faiz dərəcələrinin azalması şəraitində kredit aktivliyi əsasən istehlak kreditləri hesabına bərpa olunur. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 9,4 faiz artıb. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 13 faiz artıb və onun ümumi kreditlərdə xüsusi çəkisi 50 faizə yüksəlib. Hüquqi şəxslərə kreditlər isə 6,3 faiz çoxalıb.

Mərkəzi Bankın faiz dəhlizinin parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləyir və dollarlaşma göstəricilərində azalma meyli davam edir. Fiziki şəxslərin manatla əmanətləri bu ilin 9 ayında 21,3 faiz artıb.

İqtisadi aktivlik

E.Rüstəmov deyib ki, iqtisadi aktivlik pozitiv dinamikasını qoruyur və ixracın, istehlakın və qeyri-neft investisiyalarının genişlənməsi ilə dəstəklənir. Rəsmi statistikaya əsasən, cari ilin 9 ayında iqtisadi artım 2,5 faiz, o cümlədən qeyri-neft sektorunda 3,5 faiz təşkil edib.

Dövlətin sosial xərclərinin və istehlak kreditlərinin artımı əsasən istehlak mallarının idxalının artımı ilə müşayiət olunur. Doqquz ayda istehlak mallarının idxalı 15 faiz, o cümlədən uzunmüddətli istifadə mallarının idxalı 19 faiz artıb.

Real sektorun monitorinqinin nəticələrinə əsasən, biznes inam indeksi son ayda ticarət və tikinti sektorlarında artım, qeyri-neft sənayesində və xidmət sektorunda (mövsümi faktor) xəfif azalma meyli nümayiş etdirib.

Qlobal iqtisadi aktivliyin səngiməsi risklərinin artması fonunda son aylar neftin dünya qiyməti azalmaya meyl etsə də (9 ay üzrə orta qiymət 64,9 ABŞ dollar) profisitli xarici ticarət balansını dəstəkləyir. Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4,1 faiz, o cümlədən, qeyri-neft ixracı 17 faiz artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 10,1 faiz olub.

Profisitli tədiyə balansı valyuta bazarında təklifin tələbi üstələməsi və valyuta ehtiyatlarının artması üçün şərait yaradır. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 11,7 faiz və ya 5,3 milyard dollar artaraq 50 milyard dollara çatıb. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları 9 faiz artaraq 6,1 milyard dollara yüksəlib.

İnflyasiya riskləri

AMB-nin sədri vurğulayıb ki, qısamüddətli perspektiv üzrə risk balansında sabitləşdirici amillər üstünlüyünü qoruyur. Bu amillərə başlıca olaraq profisitli tədiyə balansı şəraitində valyuta bazarının tarazlı olması və ölkənin kifayətlilik normalarını əhəmiyyətli üstələyən valyuta ehtiyatlarının mövcudluğu aiddir. İnflyasiya tempini yüksəldə biləcək amillərə isə sosial xarakterli fiskal stimullar və ona paralel artan pul kütləsi, habelə dünya ərzaq qiymətlərinin dəyişimi aiddir.

Ortamüddətli və uzunmüddətli proqnoz horizontunda isə risk amilləri əsasən xarici sektorla bağlı olaraq qalır. Qlobal de-inteqrasiya meyillərinin gücləndiyi və geo-siyasi gərginliklərin qalması şəraitində tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və dünya neft qiymətlərinin aşağı düşməsi xarici tələb amilləri vasitəsilə Azərbaycanda makroiqtisadi sabitlik üçün potensial təhdidlər yarada bilər. Məzənnə və inflyasiya gözləntilərinin həssaslığı və asimmetrikliyi də potensial risk mənbəyi olaraq qalır.

Mərkəzi Bank inflyasiya risklərinin hərtərəfli monitorinqini bundan sonra da davam etdirəcək və inflyasiyanı hədəf çərçivəsində saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək.

Bu qərar oktyabrın 25-də qüvvəyə minir. Mərkəzi Bankın İdarə heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı barədə məlumat dekabrın 13-də ictimaiyyətə açıqlanacaq.

Mərkəzi Bank uçot dərəcəsini azaldıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir