Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib YENİLƏNİB VİDEO

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faiz və faiz dəhlizinin aşağı həddinin 6,75 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

O bildirib ki, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib.

Qlobal mühit və xarici sektor göstəriciləri

E.Rüstəmov qeyd edib ki, pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə də qlobal tələb və təklifin daralması, beynəlxalq əmtəə və maliyyə bazarlarında yüksək dalğalanmalar koronavirus pandemiyasının neqativ təsirləri ilə bağlı olub. Dünyanın aparıcı iqtisadi güc mərkəzlərində iqtisadi aktivlik kəskin aşağı düşüb, işsizlik əhəmiyyətli artmaqdadır. Nüfuzlu beynəlxalq təşkilatlar 2020-ci ilin qlobal iqtisadi artım proqnozunu azalma istiqamətində əhəmiyyətli təshih edib. Beynəlxalq Valyuta Fondu cari ilə 3 faizlik qlobal ressesiya proqnozlaşdırır.

Qlobal tələbin əhəmiyyətli daralması şəraitində enerji bazarlarında yüksək dalğalanmalar müşahidə olunmaqdadır. Aprel ayında yeni “OPEC++” razılaşması əldə olunsa da neft qiymətlərinin aşağı düşməsi davam edib.

Qlobal maliyyə bazarlarında, o cümlədən başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında dəyişkənlik davam edib. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr pandemiya dövründə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə irihəcmli dəstək proqramlarını həyata keçirməyə başlayıb.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

O deyib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya gözlənildiyi kimi bir qədər yüksəlsə də, hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Rəsmi statistikaya görə, martda illik inflyasiya 3,3 faiz təşkil edib. Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 6 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,2 faiz və xidmətlər üzrə 1,2 faiz olub. Ərzaq inflyasiyasının yüksəlməsi əsasən karantin rejiminin sərtləşməsi şəraitində ərzağa tələbin qısamüddətli yüksəlməsi, eləcə də istehsal və daşınma xərclərinin lokal artımı ilə izah edilir.

Real sektor müəssisələri üzrə monitorinqə görə, inflyasiya gözləntiləri martda əvvəlki aya nəzərən tikintidə dəyişməz qalıb, ticarətdə azalıb, qeyri-neft sənayesi və xidmətdə artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntilərinin bir qədər artması müvəqqəti xarakter daşıyır.

Mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla son proqnozlar 2020-ci ildə inflyasiyanın hədəf intervalında (4±2 faiz) qalacağını göstərir.

Monetar şərait

Mərkəzi Bankın sədri bildirib ki, ötən toplantıdan keçən müddətdə monetar şərait dövlət büdcəsində profisit və valyuta bazarında vəziyyətin stabilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən təsirlənib. Pul bazasının dinamikası valyuta bazarında stabilliyi dəstəkləyən faktordur. Aprel ayı üzrə dinamika göstərir ki, valyuta bazarında vəziyyət normallaşıb.

İqtisadiyyatın likvidlik ehtiyaclarının ödənilməsi və valyuta bazarının stabilliyinin təmin olunması üçün Mərkəzi Bank situasiyadan asılı olaraq pul siyasəti alətlərini adekvat tətbiq edir. Pul bazarındakı son meyilləri nəzərə almaqla sterilizasiya alətlərinin müddəti və faizlərinin formalaşması çərçivəsində zəruri dəyişikliklər olunub.

Pul bazarının seqmentlərində faiz dərəcələri müxtəlif istiqamətdə dəyişir. Banklararası pul bazarında faiz dərəcələri artmağa meyillidir. Banklararası REPO bazarında orta faiz martdakı 4,5 faizdən aprel ayında 8 faizə yüksəlib. Yeni əmanət və depozitlər, habelə manatla yeni kreditlər üzrə son ayda faiz dərəcələrində əhəmiyyətli dəyişiklik olmayıb.

Aşağı inflyasiya şəraitində iqtisadi subyektlər üçün manat aktivlərinin cəlbediciliyi qorunmaqdadır. Birinci rübün son ayında depozitlərin dollarlaşması bir qədər artsa da, apreldə əks proseslər müşahidə edilib. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılması bankların depozit bazasının qorunması ilə yanaşı de-dollarizasiya proseslərinə də dəstək verəcək.

Kredit portfelinin başlıca artım mənbəyi biznes kreditləridir. İstehlak kreditləri isə azalma meyilinə malikdir və istehlak kreditlərinin kredit portfelində payı azalmaqdadır.

Pandemiyadan zərərçəkən əhali və biznesin dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər maliyyə sabitliyinin qorunması çərçivəsində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.

İqtisadi aktivlik

E.Rüstəmov əlavə edib ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının iqtisadi aktivliyə neqativ təsirləri müşahidə edilməkdədir. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələrindəki müəssisələrdə iqtisadi aktivlik göstəricilərinin yanvar-fevral aylarındakı müsbət dinamikası mart ayından başlayaraq azalma ilə əvəzlənib, ticarətdə aktivliyin daha kəskin enişi qeydə alınıb.

Koronavirusun təsirləri nəticəsində 2020-ci ilin ilk 2 ayında iqtisadi artım 2,8 faiz olduğu halda, birinci rübdə 1,1 faizə enib. O cümlədən qeyri-neft sektorunda iqtisadi artım ilk 2 ayda 6,7 faiz, birinci rübün yekunu üzrə isə 3,5 faiz təşkil edib.

Hökumət tərəfindən reallaşdırılmaqda olan ÜDM-in 4 faizini üstələyən iqtisadi dəstək paketi və sinxronlaşdırılmış makroprudensial tədbirlər tələbin daralmasının səngiməsinə və məşğulluğun – iş yerlərinin qorunmasına imkan verməlidir.

İnflyasiya riskləri

O deyib ki, inflyasiyanın risklər balansının dəyişim perspektivləri ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Qlobal iqtisadi aktivlik və dünya neft bazarındakı konyunktur ölkəmizə əsasən ixrac gəlirləri və gözləntilər kimi kanallarla təsir edir. Digər tərəfdən qlobal miqyasda tətbiq olunan sosial təcrid tədbirlərinin mal və xidmət idxalını məhdudlaşdırması tədiyə balansını tarazlaşdıran amildir. Ölkənin yeni reallıqlara uyğun çevik makroiqtisadi manevr imkanlarının mövcudluğu, kifayətlik normalarını əhəmiyyətli üstələyən valyuta ehtiyatları və reallaşmaqda olan iqtisadiyyata yardım paketi pandemiyanın neqativ təsirlərini azaltmağa kömək edir. Makroiqtisadi risklərin azalması karantin rejiminin yumşalmasından sonra qlobal iqtisadiyyatın bərpası və dünya bazarında neftin qiymətinin məqbul səviyyədə stabilləşməsindən asılı olacaq.

İlin qalan dövründə xarici və daxili mühitdə gözlənilən proseslər faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi hədəfi ilə makroiqtisadi sabitliyin və onun əsas lövbəri olan məzənnə sabitliyinin təmin olunması arasında optimal balansın qorunmasını tələb edir. Bu məqsədlə xarici mühitdə və daxili maliyyə bazarlarında gedən proseslər və inflyasiya hədəfinə nail olma vəziyyəti davamlı monitorinq olunacaq.

Bu qərar 2020-ci il mayın 1-dən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı bu il iyun ayının 19-da ictimaiyyətə açıqlanacaq.

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub