ELM VƏ TƏHSİL
“Mərkəzi Bank və pul siyasəti” mövzusunda təlim təşkil olunacaq
Bakı, 6 may, AZƏRTAC
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 7-si saat 17:00-da təşkil olunacaq təlim proqramı “Mərkəzi Bank və pul siyasəti” mövzusuna həsr edilib. Təlimçi qeyd olunan Dövlət Proqramı çərçivəsində ABŞ-ın İllinoys Universitetinin iqtisadi siyasət ixtisası üzrə magistratura pilləsindən məzun Elçin Güləliyevdir. Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]