İQTİSADİYYAT


Mərkəzi Bank vətəndaşların müraciətlərinin qəbulu rejiminə dəyişiklik edib

Bakı, 17 mart, AZƏRTAC

Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar burada fəaliyyət göstərən “qaynar xətt”in iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində “qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub. Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

Yazılı müraciətlər Mərkəzi Bankda quraşdırılmış məktublar qutusuna atıla bilər;

Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 “qaynar xətt” və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.

Vətəndaşların “Skype” proqramı üzərindən “[email protected]” elektron ünvana zəng etməklə videoqəbulu aparılır.

Vətəndaşlardan qeyd edilən məsələlərlə bağlı çətinliklər yarandığı təqdirdə +99412 493-50-58 “qaynar xət”lə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.