Mərkəzi Bankda “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Təlimatda edilmiş dəyişiklik və əlavələrə dair təqdimat keçirilmişdir
AzerTAg.az

Bakı, 4 dekabr (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankında ölkədə nağdsız hesablaşmaların inkişafı, o cümlədən istifadə edilən ödəniş sənədlərinin forma və məzmununu, habelə pul köçürmələrinin aparılması qayda və şərtlərini müəyyən edən “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Təlimata edilmiş son dəyişiklik və əlavələrin bank ictimaiyyəti ilə geniş müzakirəsi keçirilmişdir.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, müzakirələr zamanı təlimatın məqsədi, müəyyən edilmiş nağdsız hesablaşma formalarından olan ödəniş tapşırıqları, ödəniş tələbnamə-tapşırıqları, inkasso sərəncamları və Dövlət Sosial Müdafiə Fondu, vergi və gömrük orqanlarının sərəncamları ilə hesablaşmalar, habelə bu hesablaşma formalarının tətbiqi mexanizmləri haqqında məlumat verilmişdir.
Həmçinin təlimat üzrə bank nümayəndələrini maraqlandıran məsələlərdən bəhs edilmiş və onların çoxsaylı sualları cavablandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var