İQTİSADİYYAT


Mərkəzi Bankda Real sektorun monitorinqi sisteminin metodoloji bazası təkmilləşdirilir

Bakı, 2 iyun (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankı 2008-ci ildən başlayaraq real sektorda biznes mühitinin ölçülməsi məqsədilə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında konyunktur sorğuları aparır.

AZƏRTAC xəbər verir ki, hazırda sorğuya qeyri-xammal sənayesi, ticarət, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 350-dən artıq müəssisə və təşkilat qoşulmuşdur.

Monitorinq sisteminin metodoloji bazası Avropa Komissiyasının “Biznes və istehlakçı soğularının Avropa Birliyi üzrə birgə Proqramı” və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Biznes mühitinin monitorinqi üzrə Təlimat” sənədlərinə əsaslanır, müvafiq qaydalara uyğun olaraq daim təkmilləşdirlilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.