İQTİSADİYYAT


Mərkəzi Bankda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda növbəti seminar keçirilmişdir

Bakı, 10 may (AZƏRTAC). Mərkəzi Bankın Nağd pul departamenti tərəfindən silsilə tədbirlər çərçivəsində kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilmişdir.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda pul nişanlarının mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət barədə təqdimat və məruzələr edilmişdir.

Daha sonra seminar iştirakçılarına “Pul nişanlarının ekspertizasının təşkili” mövzusunda təqdimat keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.