İQTİSADİYYAT


Mərkəzi Bankın 40-a yaxın əməkdaşı qanvermə aksiyasındaiştirak edib

Bakı, 29 noyabr, AZƏRTAC

Mərkəzi Bankda korporativ sosial məsuliyyət  strategiyası çərçivəsində qanvermə aksiyası keçirilib.

Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildiriblər ki,  qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən ilə 40-a yaxın əməkdaşdan qan götürülüb.

Tədarük olunan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.

Mərkəzi Bank gələcəkdə də müxtəlif sosial layihələrin həyata keçirilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.