Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin növbəti nömrəsi hazırlanıb
AzerTAg.az
Bakı, 14 avqust (AZƏRTAC). Mərkəzi Bankın elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin yeni nömrəsi qurumun internet səhifəsində yerləşdirilib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bülletendə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər haqqında məqalələr yerləşdirilib. Həmçinin Mərkəzi Avropa ölkələrinin mərkəzi banklarında inflyasiya üzrə proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələrinə geniş yer ayrılıb. Eləcə də Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilib.
Bülletenin budəfəki sayına maliyyə savadlılığı bölməsi də daxil edilib. Yeni bölmədə müxtəlif ölkələrin bu sahədəki təcrübəsindən nümunələrin verilməsi nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var