İQTİSADİYYAT
Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin növbəti nömrəsi oxuculara təqdim olunmuşdur
Bakı, 30 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Bankının yeni elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin ikinci nömrəsi hazırlanmış və bankın internet səhifəsində yerləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, bülletendə dünya iqtisadiyyatında baş verən ən son iqtisadi proseslərin icmalı, qlobal maliyyə bazarlarında vəziyyət və aparılan siyasət əksini tapmışdır. Həmçinin mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma bazasının inkişafına dair yeniliklərə, inkişaf iqtisadiyyatı üzrə ən son tədqiqatların nəticələrinə yer ayrılmışdır.
Bülletenin fundamental tədqiqatlar bölməsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan son tədqiqat işləri və onların nəticələri haqqında da məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]