İQTİSADİYYAT


Mərkəzi Bankın notlarının təkrar bazarı 10,8 dəfə artmışdır

Bakı, 27 aprel (AZƏRTAC). Birinci rübdə Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları buraxılışının həyata keçirilməməsi dövlət qiymətli kağızlar bazarının 42 faiz geriləyərək 1,5 milyard manat təşkil etməsi ilə nəticələnmişdir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin birinci rübü üzrə fəaliyyət hesabatında bildirilmişdir ki, belə ki, cari ilin ilk rübü ərzində Mərkəzi Bankın notları bazarı 45 faiz geriləyərək 163,8 milyon manat təşkil etmişdir.

Mərkəzi Bankın notlarının təkrar bazarı hesabat dövründə 10,8 dəfə artaraq 43,9 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində notlarla aparılan repo/əks-repo əməliyyatlarının həcmi 42 faiz, bütövlükdə repo bazarı isə 41 faiz azalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.