Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50301996S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97.2763 AZN (6 faiz) və 98.4155 AZN (3.45 faiz) olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 189 milyon 414 min 200 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.3974 AZN (3.49 faiz), orta ölçülmüş qiyməti isə 98.3991 AZN (3.49 faiz) olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar sentyabrın 28-də ödəniləcək.

Xəbərin mətnində orfoqrafik səhv var