İQTİSADİYYAT
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50202196S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 98.8468 AZN (5 faiz) və 99.3164 AZN (2.95 faiz) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 milyon 681 min 500 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.3049 AZN (3 faiz), orta ölçülmüş qiyməti isə 99.3101 AZN (2.98 faiz) olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar iyunun 11-də ödəniləcək.