İQTİSADİYYAT
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2097024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5 faiz) manat və 9,947.3896 (6.8 faiz ) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,670,000 manat olmuşdur. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.5445 (7.69 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,941.5065 (7.56 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 05.07.2023-cü ildir.
Həmin gün, həmçinin AMB-nin AZ2098024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,801.0389 (8.7 faiz) manat və 9,828.0098 (7.5 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,710,000 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,816.9788 (7.99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,818.1059 (7.94 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat olub. Notların ödəmə tarixi 30.08.2023-cü ildir.