İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 12 avqust (AZƏRTAC). Avqustun 13-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a verilən məlumata görə, notların ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti isə 28 gün təşkil edir. Notlar sentyabrın 10-da ödəniləcək.

Hər bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı üçdən artıq olmamalıdır. Hərrac zamanı notların 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.